Təmir bitəndən sonra ən çətin iş başlayır: hər yerə hopmuş incə tikinti tozu. Bu məqalədə peşəkar təmirdən sonra təmizliyin necə aparıldığını izah edirik.
Niyə adi təmizlik kömək etmir?
Tikinti tozu çox incədir: adi tozsoran onu havaya qaldırır, yaş əski isə səthə yayır. Bir neçə saat sonra toz yenidən çökür.
Mərhələ 1 — quru təmizlik
Peşəkar, filtrli tozsoranla tozun əsas hissəsi götürülür: döşəmə, divar dibləri, pəncərə altları, rozetkalar.
Mərhələ 2 — izlərin götürülməsi
Boya, sement, şpaklyovka və silikon izləri səthə uyğun vasitə və alətlərlə təmizlənir; qoruyucu plyonka və skotç götürülür.
Mərhələ 3 — yaş təmizlik
Bütün səthlər yuxarıdan aşağıya doğru silinir: tavana yaxın rəflər, qapılar, mebellərin içi, santexnika.
Mərhələ 4 — final
Döşəmə son dəfə yuyulur və supervayzer nəticəni yoxlayır. Qiymət: 2.5 AZN/m², minimum 230 AZN.
Tez-tez verilən suallar
Təmirdən sonra nə vaxt təmizlik sifariş etmək lazımdır?
Bütün təmir işləri, o cümlədən mebel quraşdırılması bitdikdən sonra.
Tikinti tullantılarını da aparırsınız?
Xeyr, iri tullantılar təmizlikdən əvvəl çıxarılmalıdır.